Law on State Registration of Legal Entities and State Register

For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.

Document Information:


10/18/2017 Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi – SƏNƏDLƏR » Qanunlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Res …
https://president.az/articles/25554/print 1/2
Text size    
A zәrbaycan Prezidentinin R әsm i internet sәhifәsi
rәsm i int erne t sәhi fә
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında”  Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu
17 oktyabr 2017, 18:15
Azәrbaycan  Respublikasının  Milli  Mәclisi  Azәrbaycan  Respublikası  Konstitusiyasının  94­cü  maddәsinin
I hissәsinin 10­cu bәndini rәhbәr tutaraq qәrara alır:
“Hüquqi  şәxslәrin  dövlәt  qeydiyyatı   vә  dövlәt  reyestri  haqqında”  Azәrbaycan  Respublikasının
Qanununda  (Azәrba ycan  Respublikasın ın  Qanunvericilik  Toplusu,  2004,  №  1,  maddә  8;  2005,  №  1,
maddә  1,  №  8,  mad dә  700;  2006,  №  2,  maddә  70;  2008,  №  2,  maddә  49;  2010 , №  4,  maddә  265;  2012,
№  1,  maddә  2,  №  7, maddә  651;  2013,  №  12,  maddә  1479;  2014,  №  2,  maddә  78,  №  7,  maddә  769,  №
11,  maddә  1356,  №  12,  maddә  1526;  2015,  №  11,  maddә  1259;  2016,  №  4,  maddә  644,  №  10,  maddә
1606; 2017, № 5, maddәlәr 709, 724) aşağıdakı dәyişikliklәr edilsin:
1. 2.0.1 1­ci maddәdәn “tәkmil sertifikata malik” sözlәri çıxarılsın.
2.  2. 0.14­cü  maddәnin  sonunda  nöqtә  işarәsi  nöqtәli  ver gül  işarәsi  ilә  әvәz  edilsin  vә  aşağıdakı
mәzmunda 2.0.15­ci vә 2.0.16­cı maddәlәr әlavә edilsin:
“2.0.15.  xarici  inve stisiyalı  mәhdud  mәsuliyyәtli  cәmiyyәt  –  әcnәbi  vә  ya  vәtәndaşlığı  olmayan  şәxs,
habelә  xar ici  ölkәdә  dövlәt  qeydiyyatına  alınmış  hüquqi  şәxs  tәrәfindәn  tәsis  edilәn  mәhdud  mәsuliyyәtli
cәmiyyәtdir;
2.0.16.  xarici  investisiyalı  mәhdud  mәsuliyyәtli  cәmiyyәtin  elektron  dövlәt  qeydiyyatı  –  әcnәbi  vә
vәtәndaşlığı  olmaya n  şәxsә  mәxsus  güclәndirilmiş  elektron  imza  ilә  tәsdiq  edilәn  vә  müvafiq  icra
hakimiyyәti  orqanına  elektron  qaydada  tәqdim  edilәn  әrizә  vә  ona  әlavә  edilәn  sәnәdlәr  әsasında  xarici
investisiyalı  mәhdud  mәsuliyyәtli  cәmiyyәtin  (yenidәn  tәşkil  nәticәsindә  yaran an  mәhdud  mәsuliyyәtli
cәmiyyәt istisna olmaqla) dövlәt qeydiyyatıdır .”.
3. 4.3­cü maddәyә “yerli” sözündәn sonra “vә ya xarici” sözlәri әlavә edilsin.
4. 7.1.2­ci maddә lәğv edilsin.

10/18/2017 Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi – SƏNƏDLƏR » Qanunlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Res …
https://president.az/articles/25554/print 2/2
www .president.az
5.  7.2 ­ci  maddәdә  “Azәrbaycan  Respublikasının  әrazisindә  daimi  yaşayış  hüququ  әldә  etmiş  әcnәbilәr”
sözlәri “Әcnәbilәr” sözü ilә әvәz edilsin.
6.  7­1­ci  maddәnin  birinci  cümlәsinә  “qeydiyyatı”  sözündәn  sonra  “,  habelә  xarici  investisiyalı  mәhdud
mәsuliyyәtli cәmiyyәtin elektron dövlәt qeydiyyatı” sözlәri әlavә edilsin.
7. Aşağıdakı mәzmunda 7­2­ci maddә әlavә edilsin:
“Maddә 7­2. Xarici investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәtin elektron
dövlәt qeydiyyatı
7­2.1.  Xarici  investisiyalı  mәhdud  mәsuliyyәtli  cәmiyyәtin  elektron  dövlәt  qeydiyyatının  hәyata
keçirilmәsi  üçün  әcnәbi  vә  ya  vәtәndaşlığı  olmayan  şәxs  müvafiq  icra  hakimiyyәti  orqanının  internet
informasiya  ehtiyatı nda  yerlәşdirilmiş  elektron  әrizә  formasını  dolduraraq  güclәndirilmiş  elektron  imza
ilә tәsdiq edir .
7­2.2.  Elek tron  dövl әt  qeydiyyatı  zamanı  tәsisçi  (tәsisçilәr)  fәaliyyәt  sahәsi  bar әdә  mәlumatı  bәyan  edir ,
özü  tәrәfindәn  daxil  edilmiş  mәlumatlar a  әsasәn  proqram  tәminatı  tәrәfindәn  hazırlanmış  nizamnamә  ilә
real vaxt rejimindә tanış olur vә onu güclәndirilmiş elektron imza ilә tәsdiq edir .
7­2.3. Elektron dövlәt qeydiyyatı zamanı xarici investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәtin Azәrbaycan
Respublikasında  hü quqi  ünvanını  tәsdiq  edәn  sәnәd  Azәrbaycan  dilinә  tәrcümә  edilmiş  nüsxәsi  ilә
birlikdә skan edilәrәk әrizәyә әlavә olunur .
7­2.4.  Elektron  dövlәt  qeydiyyatı  zamanı  әrizәnin  qәbul  edilmәsi  barәdә  forması  müvafiq  icra
hakimiyyәti  orqanı  tәrәfindәn  müәyyәn  edilәn  tәsdiqetmә  bildirişi  müraciәt  edәnin  elektron  ünvanına
göndәrilir .  Xarici  investisiyalı  mәhdud  mәsuliyyәtli  cәmiyyәt  dövlәt  qeydiyyatına  alındığı  gün  dövlәt
qeydiyyatı  haqqında  şәhadәtnamә,  dövlәt  reyestrindәn  çıxarış  vә  nizamnamә  onun  elektron  ünvanına
göndәrilir .”.
İlham Әliyev
Azәrbaycan Respublikasının Prezidenti
Bakı şәhәri, 2 oktyabr 2017­ci il.
Azәrbaycan Prezidentinin Rәsmi internet sәhifәsi