Regulation on the Registration of Grants

For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.

Document Information:


Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİK ASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası prezidentinin 2003 -cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanının 3- cü bəndinin
icrasını təmin etmək məqsədilə ilə qərara alıram:
1. "Qrant alınmasına (veri lməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması
qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2004 -cü il
№ 27
Azərbaycan Respublikası Prezidentinin
12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu qaydalar "Qrant haqqında" Azərbayca n Respublikasının Qanununa, "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikası prezidentinin 2003- cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanına və
digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. 1.2. Bu qaydalar Azərbaycan Respublikasının hüquqi şəxslər tərəfindən qrant alınması
(verilməsinə) dair müqavilələrin (qərarların) (bundan sonra – müqavilə (qərar)) qeydiyyata
alınmasını tənzimləyir.
1.3. Müqavilələrin (qərarların) qeydiyyata alınması qeyri -kommersiya hüquqi şəxslərinə
münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara
münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
kommersiya hüquqi şəxslərə müna sibətdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi tərəfindən həyata keçirilir.
1.4. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə
əməliyyatlar keçirilə bilməz.
1
1.5. Azərbaycan Respublikasıda fəaliyyət göstərən dini təşkilatlar və qurumlar yalnız xarici
ölkələrin hüquqi və fiziki şəxslərdən qrantın alınması (verilməsi) haqqında müqavilə (qərar)
qeydiyyata alındıqdan sonra həmin qrantları istifadə və onlar üzrə əməliyyatlar apara bilərlər.
II. MÜQAVİLƏLƏRİN (QƏRARLARIN) QEYDİYY ATA ALINMASI
2.1. Müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin
(qərarın) surəti qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının qeyri -kommersiya
hüquqi şəxslər Azərbaycan Respublikasının Ədliyy ə Nazirliyinə, dini təşkilatlar və qurumlar
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, kommersiya hüquqi
şəxslər Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə ərazi ilə müraciət etməlidirlər.

Əriziyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti əlavə olunur.
2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi ərazi və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə
ərzində həmin müqav iləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüqui şəxsə bildiriş
verir.
Bildirişdə aşağıdakılar qeyd edilir.
donorun adı;
resipiyentin adı;
qrantın məqsədi;
qrantın məbləği
müqavilənin (qərarın) qeydiyyat tarixi.
Müqavilənin (qərarın) qeydiyyatı illər üzrə tərtib edilən qeydiyyat kitabında bu iş üçün
məsul olan mütəxəssis tərəfindən aparılır.
2.3. Müqavilələrin (qərarın) qeydiyyat məlumatları açıqdır və hər bir şəxs həmin
məlumatlarla tanış ola, müvafiq arayışlar əldə edə bilər.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
aidiyyəti üzrə Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən verilmiş və alınmış
qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrinə
ümumiləşdirilmiş məlumat verməlidirlər.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 21 dekabr 2009- cu il tarixli 200 nömrəli Azərbaycan Respublik asının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 25 dekabr 2009- cu il, № 287)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 21 dekabr 2009- cu il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 25 dekabr 2009- cu il, № 287) ilə Qrant alınmasına (verilməsinə) dair
müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 1.4 -cü bəndi aşağıdakı redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.4. Müqavilələrin və ya qərarların qeydiyyatdan keçirilməsi bir qayda olaraq həmin qrantın istifadə
edilməsi və onlara dair bank əməliyyatlarının aparılması üçün mütləq şərt hesab edilə bilməz.