For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.
Document Information:
- Year: 1999
 - Country: Azerbaijan
 - Language: Azerbaijani
 - Document Type: Domestic Law or Regulation
 - Topic:
 
AZƏRBAYCAN RESPUBLİKASININ
CİNAYƏT MƏCƏLLƏSİ
….	
Fəsil 15- 2
Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət -hüquqi tədbirlər  
Maddə 	99- 4. Hüquqi  şəxslərə  cinayət -hüquqi  tədbirlərin  tətbiq  olunmasının
əsasları və şərtləri
99-4.1.  Hüquqi  şəxsə  cinayət –	hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya
onun  maraqlarının  qorunması  üçün  aşağıdakı  fiziki  şəxslər  tərəfindən  törədilən
cinayətlərə görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99- 4.1.2.  hüquqi  şəxsin  adından  qərarlar  qəbul  etmək  səlahiyyətinə  malik  olan
vəzifəli şəxs;
99- 4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli
şəxs;
99- 4.1.4.  bu  Məcəllənin  99 -4.1.1—99- 4.1.3-cü  maddələrində  nəzərdə  tutulmuş
vəzifəli  şəxslər  tərəfindən  nəzarətin  həyata  keçirilməməsi  nəticəsində  hüquqi  şəxsin
işçisi.
99- 4.2. Hüquqi şəxsə cinayət -hüquqi tədbirlərin tətbiqi həmin əməli  törətmiş və ya
onun  törədilməsində  hər  hansı  şəkildə  iştirak  etmiş  fiziki  şəxsin  cinayət  məsuliyyətini
istisna etmir.
99- 4.4. Bu Məcəllənin 99- 4.1-ci maddəsində  nəzərdə tutulmuş fiziki şəxs barəsində
qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şə	xsə
cinayət -hüquqi tədbirlərin tətbiqinə mane olmur.
99-4.5.  Dövlət,  bələdiyyələr,  həmçinin  beynəlxalq  təşkilatlar  barəsində  cinayət –
hüquqi tədbirlər tətbiq edilə bilməz.
99- 4.6. Hüquqi şəxslərə cinayət -hüquqi tədbirlər bu Məcəllənin 144 -1, 144- 2, 193-1,
194, 214, 214- 1, 271-273, 308, 311, 312, 312- 1, 313, 316-1 və 316-2-ci maddələri ilə nəzərdə
tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.
99-4.7.  Məhkəmə  tərəfindən  cinayət -hüquqi  tədbirin  təyin  edilməsi  ilə  bağlı  qərar
qəbul  olunanadək  hüquqi  şəxs  yenidən  təşkil  olunduqda  cinayət -hüquqi  tədbirlər
hüquqi  şəxsin  hüquqi  varisinə  təyin  olunur.  Məhkəmə  tərəfindən  cinayət -hüquqi
tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya
ləğv  olunanadək  hüquqi  şəxsin  yenidən  təşkil  olunması,  yaxud  təsisçilərinin
(iştirakçılarının)  və  ya  hüquqi  şəxsin  nizamnamə  ilə  vəkil  edilmiş  orqanının  qərarı  ilə
ləğv edilməsi qadağandır.  	
Maddə	 99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət -hüquqi tədbirlərin növləri
99- 5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət -hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99- 5.1.2. xüsusi müsadirə;
99- 5.1.3.  hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum
etmə;
99- 5.1.4. hüquqi şəxsi ləğv etmə.
99- 5.2.  Xüsusi  müsadirə  bu  Məcəllənin  15- 2-ci  fə sli  ilə  müəyyən  edilmiş  qaydada
tətbiq edilir.
99- 5.3.  Hüquqi  şəxsi  ləğv  etmə  cinayət -hüquqi  tədbiri  yalnız  əsas,  cərimə  həm
əsas,  həm  də  əlavə,  hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan
məhrum  etmə  və  xüsusi  müsadirə  yalnız  əlavə  cinayət -hüq uqi  tədbir  növü  kimi  tətbiq
olunur.
99- 5.3.  Hüquqi  şəxsə  tətbiq  olunacaq  cinayət -hüquqi  tədbirin  növü  və  həddi
müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
99- 5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.3.2.  cinayət  nəticəsin	də hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun
maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99- 5.3.4.  cinayətin  açılması,  onun  iştirakçılarının  ifşa  edilməsi,  cinayət  nəti cəsində
əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.3.5.  cinayət  nəticəsində  dəymiş  maddi  və  mənəvi  zərərin  könüllü  olaraq
ödənilməsi  və  ya  aradan  qaldırılması,  zərərçəkmiş  şəxsə  dəymiş  zərərin  azaldılmasına
yönəldilmiş hüquqi şəxs tərəfi ndən görülən digər tədbirlər.
99- 5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində
cinayət -hüquqi  tədbirlərin  tətbiq  edilməsi,  yaxud  xeyriyyəçilik  və  ya  digər  ictimai
faydalı fəaliyyətlə məşğul olması.  
Maddə	 99- 6. Cərimə
99- 6.1.  Hüquqi  şəxslərə  tətbiq  edilən  cinayət -hüquqi  tədbir  qismində  cərimə  bu
Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və
dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir.
99-6.2.  Cərimə  bu  Məcəllənin  99- 6.3,  99-6.4  və  99- 8.3-cü  maddələrində  göstərilən
hallar  və  hüquqi  şəxsin  maliyyə -iqtisadi  vəziyyəti  nəzərə  alınmaqla  əlli  min  manatdan
iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) bir mislindən beş mislin ədək miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi  şəxslərə cərimə növündə cinayət -hüquqi  tədbir  aşağıdakı  hədlərdə
təyin edilir:
99- 6.3.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlərə  görə  –  əlli  min  manatdan
yetmiş  beş  min  manatadək,  yaxud  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş
gəlirin) bir mislindən iki mislinədək miqdarda;
99-6.3.2.  az  ağır  cinayətlərə  görə  – yetmiş  beş  min  manatdan  yüz  min  manatadək,
yaxud  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  mislindən  üç
mislinədək m iqdarda;
99- 6.3.3. ağır cinayətlərə görə  – yüz min manatdan yüz iyirmi beş  min manatadək,
yaxud  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  mislindən  dörd
mislinədək miqdarda;
99- 6.3.4. xüsusilə ağır cinayətlərə görə  – yüz iyirmi beş min manatdan yüz əlli min
manatadək  miqdarda,  yaxud  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş
gəlirin) dörd mislindən beş mislinədək miqdarda.
99- 6.4.  Hüquqi  şəxsə  tətbiq  edilən  cərimə  onun  əmlakının  dəyərinin  yarıdan  çox
hissəsini təşkil edə bilməz.  
Maddə	  99- 7. Hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan
məhrum etmə
99- 7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
sahibkarlıq  fəaliyyətinin  müəyyən  növ ünü  həyata  keçirməyə  icazə  verən  xüsusi
razılığın  (lisenziyanın)  və  ya  xüsusi  icazənin  ləğv  edilməsindən,  müəyyən  əqdlərin
bağlanılmasının,  səhm  və  ya  digər  qiymətli  kağızların  buraxılmasının,  dövlətdən
subsidiyaların  və  ya  başqa  güzəştlərin  əldə  edilməsin in  və  ya  digər  fəaliyyətlə  məşğul
olmanın qadağan edilməsindən ibarətdir.
99- 7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
bu  Məcəllənin  99 -5.3- cü  maddəsində  göstərilən  hallar  nəzərə  alınmaqla  hüquqi  şəxsin
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququnun  saxlanılması  qeyri -mümkün  hesab
edildikdə aşağıdakı müddətlərə təyin edilir:
99- 7.2.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlərə  görə  –  bir  ildən  iki  ilədək
müddətə;
99- 7.2.2. az ağır cinayətlərə görə –  iki ildən üç ilədək müddətə;
99- 7.2.3. ağır cinayətlərə görə –  üç ildən dörd ilədək müddətə;
99- 7.2.4. xüsusilə ağır cinayətlərə görə –  dörd ildən beş ilədək müddətə. 
Maddə	 99- 8. Hüquqi şəxsi ləğv etmə
99- 8.1.  Hüquqi  şəxsi  ləğv  etmə  hüquqi  şəxsin  xeyrinə  və  ya  onun  maraqlarının
qorun ması  üçün  törədilən  cinayətlə  əlaqədar  onun  mövcudluğuna  və  fəaliyyətinə,
hüquq  və  vəzifələri  hüquq  varisliyi  qaydasında  başqa  şəxslərə  keçmədən  xitam
verilməsindən ibarət müstəsna cinayət -hüquqi tədbirdir.
99- 8.2.  Hüquqi  şəxsi  ləğv  etmə  həmin  hüquqi  şəxs  mütəmadi  olaraq  cinayətlərin
törədilməsində  və  ya  cinayətin  izlərinin,  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitləri  və
ya  digər  əmlakın  gizlədilməsində  istifadə  edildikdə  və  ya  onun  əmlakının  yarıdan  çox
hissəsi  bu  Məcəllənin  99 -1.1- ci  maddəsinə  əsasən  müs adirə  edilməli  əmlakdan  ibarət
olduqda tətbiq olunur.
99-8.3.  Hüquqi  şəxsi  ləğv  etmə  növündə  cinayət -hüquqi  tədbir  təyin  edildikdə
əlavə  cinayət -hüquqi  tədbir  qismində  bu  Məcəllənin  99 -6.4- cü  maddəsi  nəzərə
alınmaqla iki yüz min manat miqdarında cərimə təy in edilir.
99- 8.4.  Hüquqi  şəxsi  ləğv  etmə  siyasi  partiyalara  və  həmkarlar  ittifaqına,  dövlət
(bələdiyyə)  müəssisələrinə  və  ya  səhmlərinin  (paylarının)  nəzarət  zərfi  dövlətə
(bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir.  
Maddə	  99- 9.  Hüquqi  şəxsin  cinayət -hüquqi  tədbirlərin  tətbiqindən  azad
edilməsi
Hüquqi  şəxsin  xeyrinə  və  ya  onun  maraqlarının  qorunması  üçün  cinayət  törətmiş  şəxs  bu
Məcəllənin  75 -ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  qaydada  müddətin  keçməsi  ilə  bağlı  cinayət
məsuliyyətind ən  azad  edildikdə,  hüquqi  şəxs  barəsində  cinayət -hüquqi  tədbirlər  tətbiq  edilə
bilməz.