Criminal Code (excerpt)

For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.

Document Information:

  • Year:
  • Country: Azerbaijan
  • Language: Azerbaijani
  • Document Type: Domestic Law or Regulation
  • Topic:

AZƏRBAYCAN RESPUBLİKASININ
CİNAYƏT MƏCƏLLƏSİ
….

Fəsil 15- 2
Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət -hüquqi tədbirlər

Maddə 99- 4. Hüquqi şəxslərə cinayət -hüquqi tədbirlərin tətbiq olunmasının
əsasları və şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət – hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya
onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən
cinayətlərə görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99- 4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
99- 4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli
şəxs;
99- 4.1.4. bu Məcəllənin 99 -4.1.1—99- 4.1.3-cü maddələrində nəzərdə tutulmuş
vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin
işçisi.
99- 4.2. Hüquqi şəxsə cinayət -hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya
onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini
istisna etmir.
99- 4.4. Bu Məcəllənin 99- 4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində
qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şə xsə
cinayət -hüquqi tədbirlərin tətbiqinə mane olmur.
99-4.5. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət –
hüquqi tədbirlər tətbiq edilə bilməz.
99- 4.6. Hüquqi şəxslərə cinayət -hüquqi tədbirlər bu Məcəllənin 144 -1, 144- 2, 193-1,
194, 214, 214- 1, 271-273, 308, 311, 312, 312- 1, 313, 316-1 və 316-2-ci maddələri ilə nəzərdə
tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.
99-4.7. Məhkəmə tərəfindən cinayət -hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar
qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət -hüquqi tədbirlər
hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən cinayət -hüquqi
tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya
ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin
(iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə
ləğv edilməsi qadağandır.

Maddə 99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət -hüquqi tədbirlərin növləri
99- 5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət -hüquqi tədbirlər aşağıdakılardır:

99-5.1.1. cərimə;
99- 5.1.2. xüsusi müsadirə;
99- 5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə;
99- 5.1.4. hüquqi şəxsi ləğv etmə.
99- 5.2. Xüsusi müsadirə bu Məcəllənin 15- 2-ci fə sli ilə müəyyən edilmiş qaydada
tətbiq edilir.
99- 5.3. Hüquqi şəxsi ləğv etmə cinayət -hüquqi tədbiri yalnız əsas, cərimə həm
əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət -hüq uqi tədbir növü kimi tətbiq
olunur.
99- 5.3. Hüquqi şəxsə tətbiq olunacaq cinayət -hüquqi tədbirin növü və həddi
müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
99- 5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.3.2. cinayət nəticəsin də hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun
maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99- 5.3.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəti cəsində
əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.3.5. cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq
ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına
yönəldilmiş hüquqi şəxs tərəfi ndən görülən digər tədbirlər.
99- 5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində
cinayət -hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai
faydalı fəaliyyətlə məşğul olması.

Maddə 99- 6. Cərimə
99- 6.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət -hüquqi tədbir qismində cərimə bu
Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və
dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99- 6.3, 99-6.4 və 99- 8.3-cü maddələrində göstərilən
hallar və hüquqi şəxsin maliyyə -iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan
iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) bir mislindən beş mislin ədək miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə növündə cinayət -hüquqi tədbir aşağıdakı hədlərdə
təyin edilir:
99- 6.3.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə – əlli min manatdan
yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş
gəlirin) bir mislindən iki mislinədək miqdarda;

99-6.3.2. az ağır cinayətlərə görə – yetmiş beş min manatdan yüz min manatadək,
yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç
mislinədək m iqdarda;
99- 6.3.3. ağır cinayətlərə görə – yüz min manatdan yüz iyirmi beş min manatadək,
yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən dörd
mislinədək miqdarda;
99- 6.3.4. xüsusilə ağır cinayətlərə görə – yüz iyirmi beş min manatdan yüz əlli min
manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş
gəlirin) dörd mislindən beş mislinədək miqdarda.
99- 6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox
hissəsini təşkil edə bilməz.

Maddə 99- 7. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə
99- 7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
sahibkarlıq fəaliyyətinin müəyyən növ ünü həyata keçirməyə icazə verən xüsusi
razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin
bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən
subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsin in və ya digər fəaliyyətlə məşğul
olmanın qadağan edilməsindən ibarətdir.
99- 7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
bu Məcəllənin 99 -5.3- cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin
müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri -mümkün hesab
edildikdə aşağıdakı müddətlərə təyin edilir:
99- 7.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə – bir ildən iki ilədək
müddətə;
99- 7.2.2. az ağır cinayətlərə görə – iki ildən üç ilədək müddətə;
99- 7.2.3. ağır cinayətlərə görə – üç ildən dörd ilədək müddətə;
99- 7.2.4. xüsusilə ağır cinayətlərə görə – dörd ildən beş ilədək müddətə.

Maddə 99- 8. Hüquqi şəxsi ləğv etmə
99- 8.1. Hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının
qorun ması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə,
hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam
verilməsindən ibarət müstəsna cinayət -hüquqi tədbirdir.
99- 8.2. Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin
törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və
ya digər əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox
hissəsi bu Məcəllənin 99 -1.1- ci maddəsinə əsasən müs adirə edilməli əmlakdan ibarət
olduqda tətbiq olunur.

99-8.3. Hüquqi şəxsi ləğv etmə növündə cinayət -hüquqi tədbir təyin edildikdə
əlavə cinayət -hüquqi tədbir qismində bu Məcəllənin 99 -6.4- cü maddəsi nəzərə
alınmaqla iki yüz min manat miqdarında cərimə təy in edilir.
99- 8.4. Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara və həmkarlar ittifaqına, dövlət
(bələdiyyə) müəssisələrinə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə
(bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir.

Maddə 99- 9. Hüquqi şəxsin cinayət -hüquqi tədbirlərin tətbiqindən azad
edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu
Məcəllənin 75 -ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət
məsuliyyətind ən azad edildikdə, hüquqi şəxs barəsində cinayət -hüquqi tədbirlər tətbiq edilə
bilməz.