Law on State Registration of Legal Entities

For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.

Document Information:


Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında

AZƏRBAYCAN RESPUBLİK ASININ QANUNU

I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının
və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
2.0.1. hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən
edilmiş qurumdur;
2.0.2. xarici hüquqi şəxs – Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış
hüquqi şəxsdir;
2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum – hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya
şəxslər qrupudur;
2.0.4. nümayəndəlik – A zərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən
edilmiş qurumdur;
2.0.5. filial – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş
qurumdur;
2.0.6. təsis sənədləri – hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq q urumların
yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir;
2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı – Azərbaycan Respublikasının ərazisində hüquqi
şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan
Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin
təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların
(qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir;
1
2.0.8. hü quqi şəxslərin dövlət reyestri – Azərbaycan Respublikasının ərazisində qeydiyyata
alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də
Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin
nüm ayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur;
2
2.0.9. kommersiya və qeyri -kommersiya hüquqi şəxsləri – Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır;
2.0.10. yerli investisiyalı m əhdud məsuliyyətli cəmiyyət – Azərbaycan Respublikasının
vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs
tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;
3

2.0.11. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı –
təkmil sertifikata malik gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra
hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər
əsasında yerli investisiyalı məhdud məsuliy yətli cəmiyyətin dövlət qeydiyyatıdır;
2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət
qeydiyyatı – hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə
qeydiyyat ünvanı ilə eyni olan yerli inves tisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun
5- 1.3 -cü və 5 -1.7 -ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət
qeydiyyatıdır;
2.0.13. elektron ünvan – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının
informasiya sistemində məlumat və sənəd mübadiləsi üçün elektron dövlət qeydiyyatına
alındığı andan hüquqi şəxsə verilən ünvandır.

Maddə 3. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında
qanunvericilik

Azərbaycan Respublikasında hüquqi şəxslərin dö vlət qeydiyyatı və dövlət reyestri
haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan,
Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarından və Azərbaycan Respubli kasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.

Maddə 4. Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin
aparılmasının ümumi qaydaları

4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum,
habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət
reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin
nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəal iyyət göstərə
bilərlər.
4.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin
nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir.
4.3. Hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli investisiy alı məhdud
məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla) , xarici hüquqi şəxslərin
nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və
qeyri -kommersiya hüquqi şəxslərinin xüsusiyyətləri nəzərə al ınmaqla, dövlət rüsumu tutulur.
4
4.4. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və
filialları, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin
nümayəndəlik və filialları dövlət reyestrinə rüsumsuz daxil edilir. Dövlət reyestrində
dəyişikliklər rüsumsuz aparılır.
4.5. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə
alınır.
5
4.6. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və
ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlar ının

dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə
qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol
verilmir.
6

II fəsil
HÜQUQİ ŞƏXSLƏRİN DÖV LƏT QEYDİYYATI

Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına
alınması barədə müraciət

5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onl arın)
müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.3. Ərizədə aşağıdakılar göstərilir:
5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda – onun (onların) adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda – onun (onların) adı, olduğu yer və qeydiyyat
nömrəsi;
5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı,
yaşadığı y er, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə
haqqında məlumatlar.
5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında
müəyyən edilən digər məlumatlar.
7
5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və
ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu
Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və
idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan
Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab
edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli
nümayəndələri) tərəfindən imzalanmalıdır);
8
5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
5.4.3. təsisçi hüquqi şəxs olduqda – onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
(dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.
5.4.4. təsisçi fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 9
5.4.4- 1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan
Respub likasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
10
5.4.5. hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;

5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin
surəti ;
11
5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri -hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması
barədə sənəd.
12
5.5. Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə
ərizəyə habelə aşağıdakılar əlavə edilir:
5.5.1. yenidən təşkil haqqında qərar;
5.5.2. təhvil aktı və ya bölünmə balansı;
5.5.3. mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.
5.6. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan R espublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə
müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq
oluna bilər.
5.7. Hüquqi şəxs Azərbaycan Respublik asının qanunvericiliyi ilə müəyyən edilmiş
hallarda məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə, məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı, bu Qanunun 5. 5 -ci maddəsinin tələblərinə riayət edilməklə, həmin hüquqi
şəxsin dövlət qeydiyyatına alınması ü çün əsasdır. Bu halda dövlət qeydiyyatı bu Qanunun 8 -ci
maddəsində göstərilmiş müddətdə həyata keçirilməlidir.

Maddə 5 -1. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron
dövlət qeydiyyatı
13

5- 1.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna
olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu
Qanunun 7- 1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata
keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya
ehtiyatında yerl əşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron
imza ilə təsdiq edilməlidir.
5- 1.2. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı
məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən güclənd irilmiş elektron
imza ilə təsdiq edilmiş bu Qanunun 5.4.1- ci maddəsində nəzərdə tutulmuş təsis
sənədləri əlavə edilir.
5- 1.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə
formasını doldurur, yalnız təkbaşına icra orqanının r əhbəri və fəaliyyət sahəsi barədə
məlumatı bəyan edir. Bu halda təsisçi bu Qanunun 5.4.1 -ci maddəsində nəzərdə
tutulmuş cəmiyyətin təsis sənədləri ilə real vaxt rejimində tanış olur və onları
gücləndirilmiş elektron imza ilə təsdiq edir.

5-1.4. Elektron dö vlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi
ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda
təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın)
və nizamnaməsinin s urəti elektron ərizəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.
5- 1.5. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin qanuni təmsilçis i, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının
(müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri
üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.
5- 1.6. Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi
müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud
məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında
şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.
5- 1.7. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət
qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət
qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi
elektron ünvanına real vaxt rejimində göndərilir.
5- 1.8. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi
şəxsin müraciəti əsasında yerli investisiya lı məhdud məsuliyyətli cəmiyyətin dövlət
qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi
təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.

Maddə 6. Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət
qeydiyyatını n xüsusiyyətləri

6.1. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması
üçün bu Qanunun 5 -ci maddəsində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim
olunmalıdır:
6.1.1. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli
nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində
onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat t arixi,
nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və
təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);
6.1.2. nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi
şəxsin qərarı;
6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri -hökumət təşkilatlarının filial
və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.
14
6.1.3. nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq e dən
sənəd – ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənəd
hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkə nin diplomatik
nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının

müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada
leqallaşdırılmalıdır;
6.1.4. nümayəndəliyi və ya filialı yarada n xarici hüquqi şəxs tərəfindən verilmiş
etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
6.1.5. nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin
nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsl i və ya notariat
qaydasında təsdiq edilmiş surəti;
6.2. Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin
notariusunda təsdiq edildiyi halda, bu Qanunun 6. 1. 3- cü maddəsində müəyyən edilmiş
qaydaya əməl olunmalıdır.

Maddə 7 . Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət
qeydiyyatının xüsusiyyətləri

7.1. Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət qeydiyyatına
alınması üçün bu Qanunun 3 -ci maddəsində göstərilən sənədlərdən ə lavə, aşağıdakılar təqdim
olunmalıdır:
15
7.1.1. təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd – ticarət
reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin
yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə
Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi
tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada
leqa llaşdırılmalıdır);
7.1.2. bu Qanunun 7. 1. 1- ci maddəsində müəyyən edilmiş qaydada leqallaşdırılmış,
vətəndaşı olduğu və ya daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə
məşğul olmasını təsdiq edən sənəd.
16
7.2. Azərbaycan Respub likasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər təsis etdikləri xarici investisiyalı qurumun dövlət qeydiyyatına
alınması üçün bu Qanunun 5 -ci maddəsində müəyyən edilmiş qaydada sənədləri Azərbaycan
Respubl ikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Maddə 7-1. Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun dövlət
qeydiyyatına alınması qaydası

Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici
kommersiya hüquq i şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 3 gündən gec
olmayaraq həyata keçirilməlidir.
17

Maddə 8. Hüquqi şəxs statusu almaq istəyən qeyri -kommersiya qurumunun dövlət
qeydiyyatına alınması qaydası
18

8.1. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun , habelə xarici
qeyri -kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda
olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir.
19

8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul
edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna
və Azərbaycan Respublikasının digər qanunvericilik aktları na uyğunluğu yoxlanılır. Müstəsna
hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30
günə qədər artırıla bilər.
8.3. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb
olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan
qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün
çatışmazlıqlar eyn i vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim
edilməlidir.
20
8.4. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş
çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə
Azər baycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı
haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin
imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı mə lumat
verilir.
8.5. Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina
barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq
müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.
21
8.6. (Çıxarılıb) 22

Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların
sonrakı dəyişikliyinin qeydiyyata alınması

9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis
sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi
qeydiyyata alınmalıdır.
9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin d əyişikliyin baş verdiyi andan 40
gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə
müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq
edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3 -cü maddəsinin tələblərinə zidd
olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
Maddə 10.(Çıxarılıb)
23

Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı

11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa
hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi
şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə
daxil edil məsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol
verilmir.

11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və
ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüqu qi şəxsin
nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə
onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil
edilməsindən imtinaya yol verilmir.
11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında
dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil
edilməsindən, habelə təsis sənə dlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış
faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda
imtina edilə bilər:
11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş
sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik
aktlarına zidd olduqda;
11.3.1- 1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış
olduqda;
24
11.3.2. hüquqi şəxs statusu almaq istəyən quruml arın məqsədləri, vəzifələri və fəaliyyət
formaları qanunvericiliyə zidd olduqda;
11.3.2- 1. Qeyri -hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə
orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyal arı
nəzərdə tutulduqda;
25
11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya
eyni adlı qeyri -kommersiya təşkilatı qeydiyyata alınmış olduqda , qeyri-hökumət təşkilatlarının
adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın
görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi
olmadan) istifadə edildikdə ;
26
11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis
sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3- cü maddəsində müəyyən olunmuş
müddət ərzində aradan qaldırılmadıqda.
11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və
ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin
nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət
reyestrinə daxil edilməsi, eləcə də təsi s sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə
alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda
göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim
edilməsi Azərbay can Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun.
11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və
ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin
nü mayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət
reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə
qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alı nmasından qanunsuz
imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

III fəsil
HÜQUQİ ŞƏXSLƏRİN DÖV LƏT REYESTRİ

Maddə 12. Hüquqi şəxslərin dövlət reyest rinin əsas prinsipləri

12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən aparılır.
12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.
12.3. Hüquqi şəxslə rin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır
və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.
27
12.3- 1. Qeyri -hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına
alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və
(və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.
28
12.4. Hüquqi şəxslərin dövlət reyestri kağız və e lektron daşıyıcılarda tərtib edilir.
12.5. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda,
qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün
qüvvəyə malik olur.
12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və
texniki -proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və
şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.
12.7. (Çıxar ılıb)
29
12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir:
12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili,
qeydiyyatı, yenidən təşkili, ləğv edilməsi barədə məlumatlar;
12.8.2. təsis sənədlərində dəyişikliklər ed ilməsi barədə məlumatlar;
12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin
nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;
12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim
edilmiş sənədlər toplusu.
12.9. Hüquqi şəxslərin dövlət reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir
inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər.
30
12.10. Dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir.
12.11. Dövlət reyestrinin aparılması qaydası, dövlət reyestr kitabının, qeyri kommersiya
hüquqi şəxsləri üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən
çıxarışın formaları və ərizənin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
31
12.12. Kommersiya qurumları üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət
reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin (o cümlədən, elektron ərizənin)

formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir
və onu internet səhifəsində yerləşdirilir.
32

Maddə 13. Dövlət qeydiyyatına alınmanı və dövlət reyestrinə daxil edilməni
təsdiq edən sənəd

13.1. Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun
dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd – dövlət qeydiyyatı haqqında ş əhadətnamə
verilir.
13. 2. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla
təsdiq edilir.
13.3. Dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsə, xarici kommersiya hüquqi
şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda
sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan vergi
ödəyicisinin eyniləşdirmə nöm rəsi göstərilir.
33
13. 4. Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış
möhürün, ştampın, firma blankının, əmtəə nişanının hazırlanması üçün əsas sənəddir və bunlar
üçün hər hansı əlavə sənəd tələb edilmir.
34

Maddə 14. Dövlət rey estrinə daxil edilən məlumatlar

14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində
aşağıdakı məlumatlar əks etdirilməlidir:
14.1.1. qurumun adı (firma);
14.1.2. qurumun hüquqi ünvanı;
14.1.3. qurumun təşkilati -hüquqi fo rması;
14.1.4. maliyyə ili;
14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları üçün), qeyri –
kommersiya qurumunun qeydiyyat nömrəsi;
35
14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;
14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşl ığı və
yaşayış yeri;
14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati -hüquqi
forması və qeydiyyatı haqqında məlumatlar.
14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya
filialları üçün bu Qanunun 14. 1 -ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi
şəxsin təşkilati -hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir:
14.2.1. kommandit ortaqlığında – hər bir kommanditçinin mayasının miqdarı;

14.2.2. məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində – nizamnamə
kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası)
yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
36
14.2.3. qeyri -kommersiya təşkilatlarında – fəaliyyət predmeti və məqsədləri, fəaliyyət
ərazisi, fondlarda – himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin
əmlak paylarının həcmi haqqında məlumatlar.

Maddə 15. Dövlət reyestrindən çıxa rışlar

15.1. Dövlət qeydiyyatına alınmış hər bir hüquqi şəxs, habelə xarici hüquqi şəxslərin
nümayəndəlik və ya filialı və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış
hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra
dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər
arxivə verilir.
15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma
Azərbaycan Respublikasının müvafiq icra hak imiyyəti orqanı tərəfindən onun dövlət
qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış
verilməlidir .
37
15.3. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların
sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət
etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir.
15.4. Dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.5. Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq
aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra
hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət
reyestrində müvafiq düzəlişlər aparmalıdır.
15.6. Dövlət reyestrindən çıxarışdakı hər hansı yanlışlıq barədə bu Qanunun 15. 5- ci
maddəsində göstərilmiş müddətdə məlumat verilmədikdə, dövlət reyestrindəki yazı
(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalında kı
payları barədə məlumatlar istisna olmaqla) Azərbaycan Respublikasının rəsmi qəzetində dərc
edilir.
15.7. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları)
və onların nizamnamə kapitalındakı payları barədə məlumatla r istisna olmaqla) sorğu əsasında
üçüncü şəxslərə də verilir.
15.8. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları)
və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin
surəti şək lində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla,
digər şəxslərə rüsum ödənilməklə verilir.
15.9. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir:
38
15.9.1. qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və
təhqiqat orqanlarına;

15.9.2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat -axtarış fəaliyyətinin
subyektlərinə;
15.9.3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə
monitorinqi orqanına;
15.9.4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda və qaydada məcburi icra orqanına;
15.9.5. “Vəkillər və vəkillik fəaliy yəti haqqında” Azərbaycan Respublikasını n
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə; 15.9.6. həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına);
15.9.7. barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin
razılığı ilə üçüncü şəxslərə.

Maddə 16. Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının
reyestrdən çıxarılması

16.1. Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ləğvetmə tədbirləri həyata
keçirildikdən sonra onların reyestrdən çıxarılması barədə Azərbaycan Respublikasının müvafiq
i cra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
16.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
16.2.1. ləğvetmə qərarı;
16.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilməsi təsdiq olunmuş balans və ya ver gi bəyannaməsi;
16.2.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının son vergi
yoxlamasının nəticələri barədə məlumat;
16.2.4. qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin
(əsasnaməsinin) əsli və möhürü;
16.2.5. qurumun ləğvi barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd;
16.2.6. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16. 2. 2 və 16. 2.
3- cü maddələrində nəzərdə tutulmuş sənədlər istisna olmaqla, müvafiq olaraq təhvil aktı və ya
balansının surəti;
16. 2. 7. qanunvericilikdə nəzərdə tutulduğu hallarda, digər sənədlər.
16.3. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən
imzalanır və təqdim edilir.
16.4. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə
müraciət etmiş şəxsə qa ytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq
oluna bilər.

16.5. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə
uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, ərizəni aldığı vaxtdan 7 gün
müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.
16.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət
etmiş şəxslərə yazılı məlu mat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur.
16.7. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı bu Qanunun 16. 5- ci maddəsində müəyyən edilmiş müddətdən gec
olmayaraq qurumun reyes trdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət
etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər
aparılır.
16.8. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün
ərzində r eyestrdən çıxarıla bilməz.

Maddə 17. Dövlət qeydiyyatı barədə məlumatlandırma

17.1. qeyri-kommersiya hüquqi şəxslərin, habelə xarici qeyri -kommersiya hüquqi şəxsin
nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasının
m üvafiq icra hakimiyyəti orqanı:
39
17.1.1. hüquqi şəxsi, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialını dövlət qeydiyyatına
aldıqdan və dövlət reyestrinə daxil etdikdən sonra bu barədə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarına hər ay müəyyən edilmiş formada məlumat göndərir;
17.1.2. qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış hüquqi
şəxslər ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına bu barədə məlumat verir.
17.2. Kommersiya hüquqi şəxsin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik
və ya filiallarının dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı;
40
17. 2.1. hər gün dövlət qeydiyyatına aldığı kommersiya hüquqi şəxsləri, habelə xarici
kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialları barədə məlumatları aidiyyəti üzrə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına elektron və (və y a) kağız
daşıyıcı formasında göndərir;
17.2.2. qanunvericilikdə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış
kommersiya hüquqi şəxsi, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialı
ləğv edildikdə və ya dövlət reyestrindəki yazıl ar ləğv edildikdə, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarına bir gün müddətində bu barədə məlumat verilir.

Maddə 18. Dövlət reyestrinin aşkarlığı

18.1. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə
ka pitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki
yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş
sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının m üvafiq
icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına
alınması və ya alınmaması barədə məlumat verməlidir.
41

18.2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət
qeydiyyatına al ınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili
və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar
(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kap italındakı
payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc
edilir.
42
IV fəsil
YEKUN MÜDDƏALAR
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20. 1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
20. 2. Bu Qanunun tələbləri dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil
edilməsi qaydası xüsusi qanunvericilik aktı ilə tənzimlənən hüquqi şəxslərə şamil edilmir.
20. 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996 -cı il 6 fevral tarixli , 17-IQ saylı
Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət
qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən
1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbay can Respublikasının
müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya
onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.
20. 4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici
hü quqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları,
əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına təqdim etməlidirlər.
43
20. 5. Bu Qanun qüvvəyə mindiyi gündən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında"
1996- cı il 6 fevral tarixli, 17 -IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş
hesab edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2003 -cü il
№ 560 -IIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 03 dekabr 2004- cü il tarixli 793-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 1, maddə 1 )

2. 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700 )
3. 30 dekabr 2005- ci il tarixli 45-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006 -cı il, № 2, maddə 70 )
4. 1 fevral 2008- ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il,
№ 2, maddə 49 )
5. 12 fevral 2010 -cu il tarixli 952- IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan”
qəzeti 18 aprel 2010- cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010 -ci il,
№ 4, maddə 265)
6. 30 dekabr 2011- ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 24 yanvar 2012- ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18)
7. 12 iyun 2012 -ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyul 2012 -ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-c i il, № 155 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 2.0.7 -ci maddədən " vahid" sözü çıxarılmışdır.

2 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 2.0.8 -ci maddədən " vahid" sözü çıxarılmışdır.

3 30 dekabr 2011 -ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 24 yanvar 2012- ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə
2.0.9 -cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 2.0.10 -cu, 2.0.11 -ci,
2.0.12 -ci və 2.0.13 -cü maddələr əlavə edilmişdir.
4 03 dekabr 2004- cü il tarixli 793-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 1, maddə 1 ) ilə 4.3-cü maddəsinin ikinci cümləsi
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması işinin təkmilləşdirilməsi,
dövlət qeydiyyatını və dövlət reyestrini aparan orqanın maddi -texniki bazasının möhkəmləndirilməsi
məqsədi ilə həmin rüsumun 15 faizi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
xüsusi hesabına keçirilir.
30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 24 yanvar 2012 -ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə 4.3-cü maddədə
“ qurumların ” sözündən sonra “ (yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət
qeydiyyatı istisna olmaqla)” sözləri əlavə edilmişdir.

5 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700 ) ilə Qanuna 4.5-ci maddə əlavə
edilmişdir.

6 30 dekabr 2011 -ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 24 yanvar 2012- ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə

4.6-cı maddə əlavə edilmişdir.

7 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanu nu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 5.3.4 -cü maddə əlavə edilmişdir.

8 30 dekabr 2011 -ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 24 yanvar 2012- ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə
5.4.1 -ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun
(onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması
və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun
təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs
yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq edilməsi, təyin edildiyi halda, qanuni
təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab edilən d igər məsələlər
göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır);

9 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700) ilə 5.4.4 -cü maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5. 4. 4. icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin adı, soyadı, atasının
adı, yaşayış yeri barədə məlumatları əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd,
habelə notariat qaydasında təsdiq edilmiş imza nüm unələri;
1 fevral 2008- ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 5.4.4-cü maddə əlavə edilmişdir.

10 12 fevral 2010- cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Azərbaycan” qəzeti 18 aprel 2010- cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010 -ci il, № 4, maddə 265 ) ilə 5.4.4-1 -ci maddə əlavə edilmişdir.

11 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700 ) ilə 5.4.6-cı maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5. 4. 6. qanunla xüsusi olaraq nəzərdə tutulduğu halda, digər sənədlər.
1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 5.4.6-cı maddə əlavə edilmişdir.

12 12 fevral 2010- cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Azərbaycan” qəzeti 18 aprel 2010- cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010 -ci il, № 4, maddə 265 ) ilə 5.4.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və
aşağıdakı məzmunda 5.4.7 -ci və 5.4.8 -ci maddələr əlavə edilmişdir.

13 30 dekabr 2011- ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 24 yanvar 2012- ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə 5-
1 -ci maddə əlavə edilmişdir.

14 12 fevral 2010- cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Azərbaycan” qəzeti 18 aprel 2010- cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2010-ci il, № 4, maddə 265 ) ilə 6.1.2-1 -ci maddə əlavə edilmişdir.

15 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 7.1-ci maddədə " 5" rəqəmi " 3" rəqəmi ilə əvəz edilmişdir.

16 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 7.1.2 -ci maddədən " təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun
şəxsiyyətini təsdiq edən sənədin surəti, ha belə" sözləri çıxarılmışdır.

17 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700 ) ilə Qanuna 7-1 -ci maddə əlavə
edilmişdir.

1 fevral 2008- ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 7.1-ci maddədə " 5" rəqəmi " 3" rəqəmi ilə əvəz edilmişdir.

18 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700 ) ilə 8-ci maddənin adı yeni
redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması qaydası

19 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700 ) ilə 8.1-ci maddədə " qurumun"
sözü "qeyri -kommersiya qurumunun " sözləri ilə, "hüquqi şəxsin " sözləri "qeyri-kommersiya hüquqi
şəxsinin " sözləri ilə əvəz edilmişdir.

20 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700 ) ilə 8.3-cü maddənin birinci
cümləsində " hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının " sözləri çıxarılmışdır.

21 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbay can Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700) ilə 8.5 -ci maddənin birinci
cümləsində " Hüquqi şəxs statusu almaq istəyən quruma, habelə xarici hüquqi şəxsin nümayəndəlik və
ya filialına bu Qanunla " sözləri "Bu maddədə " sözləri ilə əvəz edilsin.

22 28 iyun 2005- ci il tarixli 970 -IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005 -ci il, № 8, maddə 700) ilə 8.6 -cı maddə çıxarılmışdır.
Əvvəlki reda ksiyada deyilirdi:
8. 6. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən qeyri -iş günləri nəzərə alınmır.

23 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 10-cu maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 10. Yenidən qeydiyyat
10. 1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının hüquqi ünvanı bir
inzibati ərazi vahidindən digərinə dəyişdikdə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa,

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında reyestrə daxil edilir və ona yeni r eyestr
nömrəsi verilir.
10. 2. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda da yenidən qeydiyyat aparıla bilər.

24 30 dekabr 2011- ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 24 yanvar 2012- ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə
11.3.1- 1-ci maddə əlavə edilmişdir.

25 12 fevral 2010- cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Azərbaycan” qəzeti 18 aprel 2010- cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010 -ci il, № 4, maddə 265 ) ilə 11.3.2-1 -ci maddə əlavə edilmişdir.

26 12 fevral 2010- cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Azərbaycan” qəzeti 18 aprel 2010- cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplu su,
2010 -ci il, № 4, maddə 265) ilə 11.3.3 -cü maddədə « olduqda» sözündən sonra « , qeyri-hökumət
təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə
Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohuml arının və ya vərəsələrinin
icazəsi olmadan) istifadə edildikdə » sözləri əlavə edilmişdir.

27 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunve ricilik Toplusu, 2008-ci il, № 2,
maddə 49 ) ilə 12.3 -cü maddədən " vahid" sözü çıxarılmışdır.

28 12 fevral 2010- cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Azərbaycan” qəzeti 18 aprel 2010- cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010 -ci il, № 4, maddə 265 ) ilə 12.3-1 -ci maddə əlavə edilmişdir.

29 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunve ricilik Toplusu, 2008-ci il, № 2,
maddə 49 ) ilə 12.7-ci maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
12. 7. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına
alınması məqsədi ilə dövlət reyestrini aparan orq anın sorğusu əsasında Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurumlar üçün eyniləşdirmə kodu alınır və onlar
həmin kod altında reyestrə daxil edilir.

30 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 12.9 -cu maddənin birinci cümləsindən "vahiddir," sözü və həmin maddənin ikinci cüm ləsi
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin reyestri ayrı aparılır.

31 30 dekabr 2005- ci il tarixli 45-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006 -cı il, № 2, maddə 70 ) ilə 12.11-ci maddədən
“,saxlanmaq üçün təqdim olunan imza nümunələrinin ” sözləri çıxarılmışdır.
1 fevral 2008- ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 12.11- ci maddədə " reyestr kitabının " sözlərindən sonra " qeyri kommersiya hüquqi
şəxsləri üçün " sözləri əlavə edilmişdir və " məzmunu" sözü "forması " sözü ilə əvəz edilmişdir.

32 1 fevral 2008- ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral
2008 -ci il, № 29) ilə 12.12 -ci maddə əlavə edilmişdir.
30 dekabr 2011- ci il tarixli 284-IVQD nömrəli Azərbayca n Respublikasının Qanunu (“Respublika”
qəzeti, 24 yanvar 2012 -ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə 12.12-ci maddədə
“ ərizəsinin ” sözündən sonra “ (o cümlədən, elektron ərizənin) ” sözləri əlavə edilmişdir.

33 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 13.3 -cü maddə əlavə edilmişdir.

34 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49) ilə 13.3 -cü maddədən " , habelə bank hesabının açılması və Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması" sözləri çıxarılmışdır və 13.3 -cü maddə
13.4- cü maddə hesab edilmişdir.

35 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərb aycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 14.1.5 -ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
qurumun eyniləşdirmə kodu;

36 30 dekabr 2011- ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 24 yanvar 2012- ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012- ci il, № 18) ilə
14.2.2- ci maddədə “ müşahidə şurası” sözləri “ direktorlar şurası (müşahidə şurası)” sözləri ilə əvəz
edilmişdir.

37 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 15.2 -ci maddədə " vaxtdan ən geci 3 gün keçənədək dövlət reyestrindən çıxarış
göndərilməlidir " sözləri " vaxt dövlət reyestrindən çıxarış verilməlidir " sözləri ilə əvəz edilmişdir.

38 12 iyun 2012- ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyul 2012- ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-c i il, № 155) ilə 15.9 -cu maddə əlavə
edilmişdir.

39 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə " 17.0. ", "17.01. ", "17.0.2. " rəqəmləri müvafiq olaraq " 17.1.", "17. 1.1", "17.1.2. " rəqəmləri ilə
əvəz edilmişdir, 17.1 -ci maddəyə " Azərbaycan" sözündən əvvəl " qeyri-kommersiya hüquqi şəxslərin,
habelə xarici qeyri- kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını
aparan " sözləri əlavə edilmişdir.

40 1 fevral 2008 -ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008- ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008 -ci il, № 2,
maddə 49 ) ilə 17.2-ci , 17. 2.1. -ci , 17.2.2. -ci maddələr əlavə edilmişdir.

41 12 iyun 2012- ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyul 2012- ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-c i il, № 155) ilə 18.1- ci maddənin
birinci cümləsində “ hər” sözü “ Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların
nizamnamə kapitalındakı payları barədə mə lumatlar istisna olmaqla, hər” sözləri ilə əvəz edilmişdir.

42 12 iyun 2012- ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyul 2012 -ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-c i il, № 155) ilə 15.6- cı maddədə
“ yazı ” sözündən, 15.7- ci maddədə və 15.8 -ci maddənin birinci cümləsində “ çıxarışlar” sözündən, 18.2- ci
maddədə “ məlumatlar ” sözündən sonra “ (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və
onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) ” sözləri əlavə edilmişdir.

43 30 dekabr 2005- ci il tarixli 45-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006 -cı il, № 2, maddə 70 ) ilə 20.4-cü maddədən “ onların
imza nümunələrini, ” sözləri çıxarılmışdır.