For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.
Document Information:
- Year: 2011
- Country: Azerbaijan
- Language: Azerbaijani
- Document Type: Domestic Law or Regulation
- Topic: Social Enterprise,Volunteerism
Sosial xidmət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94 -cü maddəsinin I
hissəsinin 16 -cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında çətin həyat
şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin
hüquqi, iqtisadi və təşk
ilati əsaslarını müəyyən edir və bu sahədə yaranan
münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. sosial xidmət – çətin həyat şəraitində y aşayan şəxsin (ailənin) sosial
problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər
iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər; 1.0.2. çətin həyat şəraiti – şəxsin (ailənin) sosial xidmətə g ötürülməsi üçün əsas
yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra
bilmədiyi hal;
1.0.3. sosial xidmət göstərən subyektlər – sosial xidmətə tələbatın
müəyyənləşdirilməsi və sosial xidmət göstərilməsi sahəsində fəaliyyət gös tərən
dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər (sosial xidmət müəssisəsi,
sosial işçi, sosial xidmətçi);
1.0.4. sosial xidmət müəssisələri – mülkiyyət növündən və təşkilati -hüquqi
formasından asılı olmayaraq əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti
həyata keçirən hüquqi şəxslər; 1.0.5. sosial işçi – bu Qanunla müəyyən olunmuş qaydada sosial xidmətə olan
tələbatı qiymətləndirən və müəyyən edən, eləcə də sosial xidmət göstərən şəxs;
1.0.6. sosial xidmətçi – sosial -məişət xidmətlər i göstərən şəxs;
1.0.7. sosial xidmətə götürülmüş şəxs (ailə) – çətin həyat şəraiti ilə əlaqədar
sosial xidmət göstərilən şəxs (ailə);
1.0.8. ahıl – yaşı 70-ə çatmış şəxs;
1.0.9. sosial xidmətin göstərilməsi üzrə standartlar – normativ hüquqi aktlarla
sosi al xidmət göstərilməsinin keyfiyyətini və həcmini müəyyən edən şərtlər;
1.0.10. sosial yadırğama (dezadaptasiya) – şəxsin (ailənin) sosial mühitə
uyğunlaşma qabiliyyətinin itirilməsi;
1.0.11. sosial məhrumiyyət (deprivasiya) – şəxsin (ailənin) əsas həyati
tələbatlarını müstəqil şəkildə ödəmək imkanlarının məhdudlaşması və (və ya) ondan
məhrum olması;
1.0.12. sosial mühit – şəxsin (ailənin) yaşaması, formalaşması və fəaliyyət
göstərməsi üçün iqtisadi, sosial, siyasi və mənəvi şərtlərin məcmusu.
Maddə 2. Sosi al xidmət haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə n və digər normativ
hüquqi aktlardan ibarətdir.
Maddə 3. Qanunun əhatə dairəsi
Bu Qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına,
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan
şəxslərə şamil olunur.
Maddə 4. Sosial xidmətin məqsədi
Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial –
psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran
halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldi yi hallarda ehtiyacı
olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.
Maddə 5. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri
5.0. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
5.0.1. insan hüquq və azadlıqlarına riayət olunması;
5.0.2. humanizm, könüllülük, məxfilik, tolerantlıq, ünvanlılıq, ədalətlilik və
əlçatanlıq;
5.0.3. diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi;
5.0.4. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) sosial xidmətə
götürülməsində bərabər imkanların təmin edilməsi;
5.0.5. sosial inteqrasiya və əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması;
5.0.6. ictimai iştirakçılığın təmin olunması.
Maddə 6. Sosial xidmət sahəsində dövlətin vəzifələri
6.0. Sosial xidmət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
6.0.1. sosial xidmət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata
keçirilməsi, o cümlədən həmin sahədə normativ hüquqi aktların və dövlət
standartlarının qəbul edilməsi ;
6.0.2. sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsi
sahəsindəki fəaliyyətdə bələdiyyələrin, qeyri -hökumət təşkilatlarının, hüquqi və
fiziki şəxslərin iştirakının dəstəklənməsi;
6.0.3. vahid sosial xidmət təsnifatının hazırlanması;
6.0.4. sosial xidmətin təmin edilməsi üçün zəruri infrastrukturun və şəraitin, o
cümlədən maddi -texniki bazanın yaradılması və inkişaf etdirilməsi;
6.0.5. sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmətin bu Qanunla
müəyyən edilmiş forma və növləri üzrə sosial xidmət göstərilməsinin təmin
edilməsi;
6.0.6. sosial xidmət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və
təcrübə mübadiləsinə şərait yaradılması;
6.0.7. sosial xidmət sahəsində digər tədbirlərin həyata keçirilməsi.
2- ci fəsi l
ÇƏTİN HƏYAT ŞƏRAİTİNDƏ OLAN ŞƏXSƏ (AİLƏYƏ) SOSİAL XİDMƏT GÖSTƏRİLMƏSİNİN TƏŞKİLİ
Maddə 7. Şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin əsasları
7.1. Şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab
edilir:
7.1.1. uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum
olması;
7.1.2. uşaqların sağlamlıq imkanlarının məhdud olması;
7.1.3. yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli
vəziyyətdə olması;
7.1.4. xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə
şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya
qanuni nümayəndələrin olmaması. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar
özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək
qohumların olmaması müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 7.1.5. şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin
məhdudlaşması;
7.1.6. insan alverinin qurbanı olması;
7.1.7. məişət zorakılığından zərər çəkməsi;
7.1.8. müəyyən yaşayış yerinin olmaması;
7.1.9. valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına
görə sosial xidmə t müəssisələrində yaşamış şəxslərin, həmin müəssisələri tərk
etdikdən sonra yaşayış yerinin olmaması;
7.1.10. şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət
(deprivasiya) vəziyyətində olması.
7.2. Bu Qanunun 7.1- ci maddəsində nəzərdə tutulmu ş əsaslar üzrə şəxsin
(ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları
8.0. Çətin həyat şəraitində olan şəx sin (ailənin) aşağıdakı hüquqları vardır:
8.0.1. bu Qanunun 7- ci maddəsi ilə müəyyən olunmuş əsaslar olduqda sosial
xidmət göstərən subyektlər tərəfindən təqdim edilən sosial xidmətdən bu Qanuna
uyğun olaraq istifadə etmək;
8.0.2. sosial xidmət göstərilməs i üçün müraciət etmək;
8.0.3. sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial
xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;
8.0.4. sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsində
iştirak etmək; 8.0.5. sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla sosial xidmət
göstərən müəssisəni seçmək;
8.0.6. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət
göstərilməsindən imtina etmək;
8.0.7. sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətlərinə hörmət
olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların
hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə
qaydasında şikayət etmək; 8.0.8. sosial xidmət müəssisələ rində sanitariya-gigiyena tələblərinə cavab verən
şəraitlə təmin olunmaq; 8.0.9. sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərti
ilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;
8.0.10. kütləvi informasiya vasitələri ilə təmin olunmaq;
8.0.11. şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb
etmək.
Maddə 9. Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri
9.0. Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri aşağıdakılardır:
9.0.1. sos ial xidmət göstərilməsinə tələbatın müəyyən edilməsi və qərar qəbul
edilməsi üçün tam və düzgün məlumatları vermək;
9.0.2. sosial xidmət göstərilməsinə təsir göstərən dəyişikliklər barədə sosial
xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq;
9.0.3. sosial xidmət müəssisələrinin daxili intizam qaydalarına əməl etmək;
9.0.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 10. Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi
10.1. Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstə rilməsi üçün yaşayış
yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla, bu
Qanunun 7 -ci maddəsində nəzərdə tutulmuş müvafiq əsası təsdiq edən digər
sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstər ilməsi
üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər. 10.2. Çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin
valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri –
hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət
göstərilmə si üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
10.3. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr çətin həyat şəraitində olan və
sosial xidmətə ehtiyacı olan şəxslərin müəyyən edilməsi və bu şəxslərin sosial
xidmətə götürülməsi üçün onlar barə sində məlumatları müvafiq icra hakimiyyəti
orqanına göndərirlər.
10.4. Bu Qanunun 10.2- ci və 10.3-cü maddələrinə uyğun olaraq çətin həyat
şəraitində olan şəxsə (ailəyə) sosial xidmət göstərilməsi barədə digər şəxslərin
müraciətləri zamanı bu Qanuna uyğun olaraq sosial xidmət göstərilməsi
istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Maddə 11. Sosial xidmətlərə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi qaydası
11.1. Sosial xidmətin göstərilməsi çətin həyat şəraitində yaşayan şəxsin (ailəni n)
sosial xidmətlərə olan tələbatının sosial işçi tərəfindən qiymətləndirilməsi və
müəyyən edilməsi əsasında həyata keçirilir.
11.2. Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyən edilməsi üçün
meyarlar aşağıdakılardır:
11.2.1. sosial yadırğama (dezadaptasiya);
11.2.2. sosial məhrumiyyət (deprivasiya);
11.2.3. uğursuz sosial mühit.
11.3. Sosial xidmətin göstərilməsi barədə müraciət müvafiq icra hakimiyyəti
orqanına daxil olduğu gündən sonra 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə
olan t ələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə
ünvanlanır. Sosial işçi ərizənin daxil olduğu gündən sonra 10 iş günü ərzində şəxsin
(ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və
müəyyənləşdirilməsini həyata keçi rir.
11.4. Sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin
göstərilməsi yeri və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın
qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabat və şəxsə (ailəyə) sosial
xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.
Maddə 12. Şəxsin (ailənin) sosial xidmətə götürülməsi və ya ondan imtina edilməsi barədə qərar
12.1. Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin
göstərilməsi və ya sosial xidmətin göstərilməsind ən imtina edilməsi barədə qərar
sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra 5 iş günü ərzində
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Şəxsə (ailəyə) dövlət
büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya so sial xidmətin
göstərilməsindən imtina edilməsi barədə qərar 3 iş günü müddətində ərizəçiyə
təqdim edilir (göndərilir). Sosial xidmətin göstərilməsindən imtina barədə qərarda
imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli müraciət
edən şəxsə qaytarılır.
12.2. Şəxsin (ailənin) sosial xidmətə götürülməsindən imtina üçün əsaslar
aşağıdakılardır: 12.2.1. bu Qanunun 7- ci maddəsində göstərilən əsaslardan azı birinin olmaması;
12.2.2. təqdim edilmiş məlumatların və sənədlərin düzgün olm aması.
12.3. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi barədə
qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür.
12.4. Şəxsə sosial xidmətin göstərilməməsinin onun həyat və sağlamlığı üçün
ciddi təhlükələr yaradacağı hallarda şəxs dərhal müvəqqəti sosial xidmətə götürülür.
Şəxsin sosial xidmətə götürülməsi barədə qərar qəbul edildikdə müvəqqəti sosial
xidmətin müddəti dayandırılmır və şəxs daimi sosial xidmətə götürülür. 12.5. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti
hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir. 12.6. Bu Qanunun 12.7 -ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,
sosial xidmət şəxsin (ailənin) yaşayış yeri üzrə göstərilir. 12.7. Şəxsin (ailənin) zorakılığa məruz qaldığı və ya sosial yadırğama
(dezadaptasiya), habelə sosial məhrumiyyət (deprivasiya) təhlükəsi yarandığı
hallarda sosial xidmət yaş ayış yerindən asılı olmayaraq göstərilir.
Maddə 13. Çətin həyat şəraitində olan şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi
13.1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün
əsas həyati tələbatını müstəqil təmin e də bilməyən çətin həyat şəraitində olan şəxslər
onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni
nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri olduğu
hallarda, müvafiq icra hakimiyyəti orqanının qərarına ə sasən dövlət sosial xidmət
müəssisəsinə yerləşdirilə bilər. Şəxsin dövlət sosial xidmət müəssisəsinə
yerləşdirilməsi zamanı bu Qanunun 8 -ci maddəsində müəyyən olunmuş hüquqları
nəzərə alınır. 13.2. Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət s osial xidmət
müəssisələrinə yerləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
3-cü fəsil
SOSİAL XİDMƏT GÖSTƏRƏN SUBYEKTLƏR
Maddə 14. Sosial xidmət sahəsində fəaliyyət göstərən fiziki şəxslər
14.1. Ali təhsili və uyğun peşə hazırlığı olan şəxslər sosial işçi qismində sosial
xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. 14.2. Ümumi orta təhsili olan şəxslər sosial xidmətçi qismində fəaliyyətə cəlb
oluna bilər.
Maddə 15. Sosial işçinin hüquqları və vəzifələri
15.1. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin hüquqları
aşağıdakılardır: 15.1.1. işə qəbul olunarkən işəgötürənin vəsaiti hesabına tibbi müayinədən
keçmək;
15.1.2. peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi mə qsədi
ilə işəgötürənin vəsaiti hesabına əlavə təhsil almaq; 15.1.3. xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti hesabına zəruri
geyim və avadanlıqlarla təmin olunmaq, nəqliyyat xərcləri üçün müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi m əbləğdə pul kompensasiyası almaq;
15.1.4. zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək;
15.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
15.2. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri
aşağıdakılardır: 15.2.1. sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın
qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə
götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək;
15.2.2. çətin həyat şəraitind ə olan şəxsin (ailənin) problemlərinin həllinə və
aradan qaldırılmasına yardım etmək; 15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası
normalarına əməl etmək;
15.2.4. sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların
tələblərinə uyğun olmasını təmin etmək;
15.2.5. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə
yanaşmaq;
15.2.6. sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı -seçkiliyə, qeyri –
insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək; 15.2.7. sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər
təminatlar, qanunda təsbit olunmuş sosial müdafi ə tədbirləri və çətin həyat
şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar
haqqında məlumatlandırmaq;
15.2.8. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların
konfidensiallığını təmin etmək;
15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
15.3. Bu Qanunun 15.1- ci maddəsində (15.1.4-cü maddə istisna olmaqla)
nəzərdə tutulmuş hüquqlar və 15.2- ci maddəsində (15.2.1-ci və 15.2.7-ci maddələr
istisna olmaqla) nəzərdə tutulmuş vəzi fələr sosial xidmətçiyə də şamil edilir.
Maddə 16. Sosial xidmət sistemi
Sosial xidmət sistemi sosial xidmət sahəsində fəaliyyət göstərən müvafiq icra
hakimiyyəti orqanından, dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələrindən,
sosial işçilərdən və so sial xidmətçilərdən, eləcə də öz vəsaitləri və ya cəlb edilmiş
vəsaitlər hesabına sosial xidmət göstərən qeyri -hökumət təşkilatlarından,
könüllülərdən ibarətdir. Respublika Qızıl Aypara Cəmiyyətinin strukturları bu
sistemin tərkib hissəsidir.
Maddə 17. Sos ial xidmət müəssisələri
17.1. Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı -ayrı formalarına
və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə qanunla müəyyən
edilmiş qaydada sosial xidmət müəssisələri (ahıllar, əlillər və sağlamlıq imk anları
məhdud olan uşaqlar üçün internat evləri, psixonevroloji internat, insan alveri
qurbanları üçün yardım mərkəzləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad
edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzləri, günərzi qayğı mərkəzləri,
yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri,
sosial -psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirmə
mərkəzləri, palliativ yardım mərkəzləri, hospislər, icma əsaslı reabilitasiya
mərkəzləri, himayə dar ailə, kiçik qrup evləri, müvəqqəti qayğı xidmətləri, sosial
mağazalar və yeməkxanalar və digər müəssisə və xidmətlər) yaradılır və fəaliyyət
göstərir.
17.2. Xeyriyyəçilik məqsədilə sosial xidmətlərə vəsait ayıran fiziki və hüquqi
şəxslər və bu fəaliyy əti ödənişsiz şərtlərlə həyata keçirən sosial xidmət müəssisələri
üçün qanuna uyğun olaraq güzəştlər müəyyən edilə bilər.
4-cü fəsil
SOSİAL XİDMƏTİN FORMALARI VƏ NÖVLƏRİ
Maddə 18. Sosial xidmətin formaları
18.0. Sosial xidmətin formaları aşağıdakılardır:
18.0.1. evdə (səyyar) sosial xidmət;
18.0.2. yarımstasionar (günərzi) sosial xidmət;
18.0.3. stasionar sosial xidmət;
18.0.4. sosial -məsləhət yardımı.
Maddə 19. Evdə (səyyar) sosial xidmət
19.1. Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni
nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı
olan tənha ahıllara, ahıl ər -arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud
uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir.
19.2. Evdə (səyyar) sosial xidmətə aşağıdakılar aiddir:
19.2.1. dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa
köməklik göstərilməsi;
19.2.2. istirahətin təşkil olunmasında, qida qə bul edilməsində və digər məişət
xidmətlərinin göstərilməsində köməklik edilməsi;
19.2.3. tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil
müəssisəsinə müşayiət olunması;
19.2.4. yaşayış şəraitinin sanitariya- gigiyena tələblərinə uyğunlaşdırılması;
19.2.5. hüquqi məsləhət alınmasına köməklik göstərilməsi;
19.2.6. əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya
xidmətinin göstərilməsi.
Maddə 20. Yarımstasionar (günərzi) sosial xidmət
Yarımstasionar (günərzi ) sosial xidmət özünün əsas həyati tələbatını müstəqil
təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlillərə, o cümlədən çətin
həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara gündüz və ya gecə vaxtlarında
sosial -məişət, tibbi, mədəni v ə başqa xidmətlər göstərilməsindən, asudə vaxtın
səmərəli təşkil olunmasından, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından
ibarətdir.
Maddə 21. Stasionar sosial xidmət
21.1. Stasionar sosial xidmət, bu məqsədlə yaradılmış müəssisədə sosial xidmət
g östərilən şəxslərin (ailələrin) fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin
yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsindən,
qulluğun təşkilindən ibarətdir.
21.2. Sosial xidmət müəssisəsində yaşayan ailənin üzvlə ri ayrıca yaşayış sahəsi
ilə təmin olunurlar. Sosial xidmət müəssisəsinin rəhbərliyi müəssisədə yaşayan çətin
həyat şəraitində olan şəxslərin (ailələrin) şəxsi və qiymətli əşyalarının mühafizəsini
təmin edirlər.
1.3. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan şəxslər qanunla
müəyyən edilmiş qaydada xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər.
Maddə 22. Sosial -məsləhət yardımı
22.1. Sosial-məsləhət yardımının məqsədi çətin həyat şəraitində olan şəxslərin
(ailələrin) cəmiyyətə inteqrasi yasını təmin etməkdən ibarətdir.
22.2. Sosial -məsləhət yardımına aşağıdakılar aiddir:
22.2.1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial –
məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi;
22.2.2. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) problemlərinin həllinə
dövlət orqanlarının, bələdiyyələrin və qeyri -hökumət təşkilatlarının cəlb olunması
məqsədilə zəruri tədbirlərin görülməsi;
22.2.3. sosial xidmət üzrə məsləhətlərin verilməsi.
Maddə 23. Sosial xidmətin növləri
23.0. Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür:
23.0.1. sosial -məişət xidmətləri – şəxslərin (ailələrin) məişət şəraitinin, yaşayış
vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
23.0.2. tibbi -sosial xidmətlər – şəxslərin sağlamlıq vəziyyətinin
yaxşılaşdırılmasına yönəlmişdir;
23.0.3. sosial -psixoloji xidmətlər – şəxslərin cəmiyyətə adaptasiyası məqsədilə
psixoloji vəziyyətinin reabilitasiyasını nəzərdə tutur;
23.0.4. sosial -pedaqoji xidmətlər – yetkinlik yaşına ç atmayanların inkişafındakı
geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət
maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə
tərbiyəsinə dəstəyə yönəlmişdir;
23.0.5. sosial -iqtisadi xidmətlər – şəxslərin həyat səviyyəsinin qorunmasına və
möhkəmlənməsinə yönəlmişdir;
23.0.6. sosial -hüquqi xidmətlər – hüquqi yardım göstərilməsi, şəxslərin
hüquqlarının qorunmasına yönəlmişdir; 23.0.7. palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və onların
ailə üz vlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi,
qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.
5- ci fəsil
SOSİAL XİDMƏTİN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ SOSİAL XİDMƏT HAQQI
Maddə 24. Sosial xidmətin maliyyələşdirilməsi
Sosial xidmət qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti,
ödənişli əsaslarla sosial xidmət göstərilməsindən əldə olunan vəsaitlər, hüquqi və
fiziki şəxslərin ianələri, qrantlar, eləcə də qanunda nəzərdə tutulmuş digər mənbələr
hesabına maliy yələşdirilir.
Maddə 25. Sosial xidmət haqqının ödənilməsi
25.1. Sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz, qismən
ödənişli və tam ödənişli əsaslarla göstərilir.
25.2. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidm ət
müəssisələrində və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz
göstərilir.
25.3. Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam
ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydası və sosial xidmət haqqının
məbləğ i müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
25.4. Ödənişli sosial xidmətlər çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial
xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 25.5. Bələdiyyə sosial xidm ət müəssisələri gəlir əldə etmək məqsədi güdmür və
sosial xidmət haqqı sosial xidmət göstərilməsi ilə bağlı xərclərin, əməkdaşların əmək
haqlarının və digər cari xərclərin həcminə uyğun olaraq bələdiyyə tərəfindən
müəyyənləşdirilir. Özəl sosial xidmət müəs sisələrində sosial xidmət haqqı müəssisə
ilə sosial xidmətə götürülmüş şəxs arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
Maddə 26. Sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi
Sosial xidmət sahəsində dövlət sifarişləri müvafiq icra hakimiyyə ti orqanı
tərəfindən müəyyən olunmuş qaydada bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o
cümlədən qeyri -hökumət təşkilatlarına verilə bilər.
6- cı fəsil
YEKUN MÜDDƏALARI
Maddə 27. Sosial xidmət sahəsində könüllü fəaliyyət
Sosial xidmət sahəsinə könüllü fəa liyyətin iştirakçılarının (könüllü fəaliyyətin
təşkilatçılarının və könüllülərin) cəlb edilməsi “Könüllü fəaliyyət haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 28. Sosial xidmət göstərilməsinə nəzarət
Sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin
keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına
nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 29. Sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
29.1. Bu Qanunun pozulması ilə nəticələnən aşağıdakı hallar məsuliyyətə səbəb
olur:
29.1.1. dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın
qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün
olmayan məlumatların verilməsi;
29.1.2. bu Qanuna uyğun dövlət tərəfindən sosial xidmət göstərilməsinin
dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən
subyektlərin məlumatlandırılmaması;
29.1.3. sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq bu
Qanuna uyğun dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya sosial xidmət
göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina
edilməsi;
29.1.4. sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməs indən
imtina barədə qərar haqqında bu Qanunla müəyyən olunmuş müddətdə müraciət
edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə
qərarda imtinanın səbəblərinin göstərilməməsi;
29.1.5. sosial xidmət göstərilməsi ilə bağlı əldə edi lən məlumatların
konfidensiallığının təmin edilməməsi;
29.1.6. sosial xidmətin göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini
müəyyən edən tələblərin pozulması.
29.2. Bu Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 30. Qanunun qüvvəyə minməsi
30.1. Bu Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.
30.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Ahıllara sosial xidmət haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplus u, 2001- ci il, № 8, maddə 518; 2007- ci il, № 5, maddə 401) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2011 -ci il
№ 275- IVQ